13 
Nybr
2022
10:37
573

Gürcüstanda ikinci əl avtomobillərin qiymətləri artıb

“Yol Təhlükəsizliyi üzrə Tərəfdaşlıq” təşkilatının sədri Qela Kvaşilavanın sözlərinə görə, son bir ildə ikinci əl avtomobillərin qiymətləri 15-20% artıb.

InterPress.ge xəbər verir ki, bu barədə o, “Business Press News”a danışarkən deyib.

 “Dünyada ikinci əl avtomobillərin qiymətləri artıb. Kovid səbəbiylə çatdırılma, yeni avtomobillərin buraxılması ilə bağlı problemlər var idi. Əsasən idxal etdiyimiz ölkələrdə işlənmiş avtomobillərə tələbat və satış artıb, orada əhalinin gəlirləri də azalıb, nisbətən ucuz olduğu üçün yeni maşın almağa üstünlük verirlər”, - Kvaşilava deyib.

Qiymət artımı ilə yanaşı, Gürcüstanda avtomobil təmiri ustası qıtlığı hiss olunur. “Yol Hərəkəti Təhlükəsizliyi Tərəfdaşlığı” təşkilatının sədrinin dediyinə görə, bu sektorun işçiləri də maaşlarının aşağı olması səbəbindən ölkəni tərk edirlər.

Bizimlə əlaqə saxlayın