13 
Nybr
2022
09:54
520

Gürcüstanda avtomobil təmiri ustası çatışmazlığı var

Gürcüstanda avtomobil təmiri ustası çatışmazlığı var. 

InterPress.ge xəbər verir ki, bu barədə “Yol Təhlükəsizliyi üzrə Tərəfdaşlıq” təşkilatının sədri Qela Kvaşilava “Business Press News”a danışıb.

O bildirib ki, bu sektorun işçiləri maaşlarının aşağı olması səbəbindən ölkəni tərk edirlər.

Digər sahələr kimi bu sahədə də maaş azdır və peşəkarlar Avropaya, Baltikyanı ölkələrə gedib orada işləməyə çalışırlar. Bazarımız kiçikdir və tələbata uyğun gəlir olmalıdır, amma belə olmur. Pandemiyadan sonra hər şeyin qiymətləri artıb, inflyasiya yüksək səviyyədədir, lakin xidmət sektorunda maaşlar qiymətlərlə eyni sürətlə artmır.

Avtomobillərin sayı da artıb, idxal çoxalıb, ustalara tələbat böyükdür, keyfiyyətli iş görənlər çox deyil, pandemiya zamanı onların böyük bir hissəsi ölkəni tərk edib, çünki xaricdə daha çox gəlir əldə ediləcəyinə dair şüurluluq var”, - Kvaşilava bildirib.

Qela Kvaşilavanın sözlərinə görə, 1 il ərzində işlənmiş avtomobillərin qiymətləri təxminən 15-20% artıb. Artımın səbəbi tədarükün gecikməsi, yeni avtomobillərin buraxılması ilə bağlı problemlər və dünyada işlənmiş avtomobillərə tələbatın artması olub.

Bizimlə əlaqə saxlayın