Saakaşvilinin vəkili: "Saakaşvili yeni xəstəliyə yoluxub"
Gürcüstanın üçüncü prezidentinin vəkili Valeri Qelbaxianinin sözlərinə görə, Saakaşvilinin səhhəti ağırdır və ona vərəm diaqnozu qoyula bilər.
InterPress.ge xəbər verir ki Qelbaxianinin verdiyi məlumata görə, dünən Saakaşvili ilə bağlı müvafiq təhlillər aparılıb, cavabı bir neçə gündən sonra məlum olacaq.
"Respublika xəstəxanasında analizlər götürülüb. Onun vərəm xəstəliyinə tutulub- tutulmaması ilə maraqlanırlar. Araşdırmanın nəticələri hələlik məlum deyil. Qızdırması var, hərarəti düşmür, hərəkətsizdir. Yəqin ki, buna vərəm şəklində daha bir xəstəlik əlavə olunub. Biz məsələ qaldıranda ki, diaqnoz səhvdir, müalicə səhvdir, bizimlə dava etdilər. Bizi yalan ifadə verməkdə ittiham etdilər. İndi məlum olur ki, əvvəllər məlum olmayan bir xəstəlik aşkarlanıb. Müalicə zamanı bu xəstəliklə qarşılaşıb. Müalicə müddətində sağalmaq əvəzinə, yəqin ki, vərəmə yoluxub, buna dair açıqlama verməlidirlər. O, ağırdır, pisdir. Özü hərəkət edə bilməz. Biz hakimiyyətə deyirik ki, dövlətin daha insan həyatını və sağlamlığını qorumaq iqtidarında olmadığı halda tədbir görsünlər", - Valeri Qelbaxiani bildirib.


