"Mtavari Arxi"nin direktoru Marneulilərə məktub göndərdi-FOTO
Mtavari Arxi teleşirkətinin direktoru Nika Qvaramia Marneulidə yaşayan azərbaycanlı icmaya cəzaçəkmə müəssisəsindən məktub göndərib.
InterPress.ge xəbər verir ki, məktubu Nika Qvaramia vəkili Dimitri Sacaqlişvili vasitəsi ilə ötən gün bəyanat verən azərbaycanlı icmaya göndərib.
"Mənim əziz Marneulilərim!
Sizin dəstək bəyanatınıza baxdım, sevincli və çox xoşbəxtəm. Birdə istəyirəm biləsiniz ki,( sizlərdən çoxu yəqin bilirisinizdə) sizin icmanı çox sevirəm və ən əsas bizim vətən üçün etdiyim qürurlanası iş- etnik azlıqlar üçün vahid milli imtahanı (1+4)proqramı məhz sizin icma ilə bağlıdır. Sizin vətənpərvərliyinizlə, gürcü dilinizlə fəxr edirəm.
Məni üçün çox sevindiricidir!
Çox sağ olun və mən buradan çıxan kimi məni mütləq Azərbaycan mətbəxinin təamlarına dəvət edin. Qoyun ətini xüsusilə sevirəm :). Bir yerdə toplaşaq və bir- birimizi yaxından tanıyaq. Ceyhun görüşümüzü təşkil edəcək.
Sizləri öpürəm.
Nika Qvaramia
Rustavinin 12-ci cəzaçəkmə müəssisəsinin 212 ci bölməsi",- məktubda qeyd olunub.



