Bu gün 11 noyabr tarixində Bolnisi rayonunun Dəllər kəndinin əhalisi etiraz aksiyası keçirdi.
InterPress.ge xəbər verir ki, Gürcüstan dövləti RMG - yə qızıl və mis hasilatına kənd əhalisinin etirazlarına baxmayaraq icazə verib.
Əhali qeyd edir ki, kəndin ərazisində aparılacaq qızıl - mis hasilatın insanların sağlamlığını və kəndin təbiətini təhlükə ilə üz-üzə qoyacaq.
Aksiyanı keçirməkdə əhalinin məqsədi, dövlətə, Gürcüstan əhalisinə və digər bütün maraqlanan şəxslərə öz səslərini çatdırmaqdır.
Məlumat üçün bildirək ki, noyabırın 1-də dövlət RMG Gold şirkətinə qızıl hasilatına icazə verib . Bu isə Dəllər kəndinə həmçinin Bolnisiyə və eyni zamanda bütün Gürcüstanın ətraf mühitinə sarsıdıcı ziyan vuracaq.

