11 
Nybr
2022
12:28
267

Gürcüstanda PUA istehsal edəcək zavodun tikintisi yekunlaşmaq üzərədir

Gürcüstanın müdafiə naziri “Delta-Webe” Gürcüstan-Polşa şirkətinin pilotsuz uçuş aparatları zavodunun tikintisi ilə tanış olub.

InterPress.ge xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Cuanşer Burçuladze qeyd edib ki, müəssisə yaxın vaxtlarda Gürcüstan istehsalı PUA-lar buraxa biləcək.

"Gürcüstan-Polşa şirkəti “Delta-Webe” “Delta İnternational” ilə Polşanın “Webe Electronics” şirkəti arasında bağlanmış müqavilə əsasında yaradıldı. Sözügedən müəssisədə gürcü və polşalı mütəxəssislər pilotsuz uçuş aparatlarının istehsalı mövzusunda birgə çalışacaqlar. Hərbi sənayenin inkişafı məqsədilə “Delta-Webe” ilə Gürcüstan Müdafiə Nazirliyi arasında regionda ilk PUA-ların treninq mərkəzinin açılmasını nəzərdə tutan saziş imzalanıb. Mərkəzin peşəkar təlimatçıları Müdafiə Qüvvələrinin müvafiq şəxsi heyətini yenidən hazırlayacaqlar.

“Delta” elmi-texniki mərkəzində Cuanşer Burçuladzeni mərkəzin rəhbəri, briqada generalı İoseb Loladze hərbi sənayenin digər mühüm istiqamətləri ilə tanış edib”, - məlumatda qeyd olunur.

“Delta”da müdafiə naziri ilə yanaşı, nazir müavinləri Davit Çiçinadze və Qiorqi Xaindrava, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

Bizimlə əlaqə saxlayın