11 
Nybr
2022
11:21
159

ABŞ Rusiyanı bazar iqtisadiyyatı ölkəsi statusundan məhrum etdi

ABŞ artıq Rusiyanı bazar iqtisadiyyatına malik ölkə kimi tanımır. Vaşinqton Rusiyanı 20 il əvvəl ölkəyə verilən statusdan məhrum edib. Bu status Rusiyaya kommersiya məhsullarına antidempinq tariflərindən yayınmağa imkan verirdi.

InterPress.ge xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Agentliyin yazdığına görə, ABŞ hakimiyyəti Rusiyanın iqtisadiyyatın işinə əhəmiyyətli dərəcədə müdaxilə etdiyini müəyyən edib ki, bu da qiymətlərin formalaşmasına və rus istehsalçılarının maya dəyərinin strukturuna təsir göstərir.

"Rusiyanın bazar iqtisadiyyatı statusunun ləğvi ilə bağlı qərar ABŞ-a Rusiya hökumətinin iqtisadiyyata artan müdaxiləsi nəticəsində yaranan bazar boşluqlarını aradan qaldırmaq üçün antidempinq qanunvericiliyini tam ciddiliklə tətbiq etmək hüququ verir", - ABŞ Ticarət Departamenti bildirib.

Rusiya bazar iqtisadiyyatına malik ölkə statusunu 2002-ci ildə alıb. Bu statusun alınması Rusiyanın Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün də zəruri idi.

Bizimlə əlaqə saxlayın