11 
Nybr
2022
10:34
702

Aksizsiz siqaretlərin saxlanması, daşınması və satışı ilə bağlı 1 nəfər tutulub

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti aksizsiz siqaretlərin saxlanması, daşınması və satışı faktlarının aşkar edilməsi və qarşısının alınması məqsədilə müvafiq əməliyyat-axtarış tədbirlərini fəal şəkildə davam etdirir.

InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat yayıb. 

Onların məlumatına görə, bu il noyabrın 2-də aksizsiz siqaret daşıyan vətəndaş tutulub, onun avtomobilindən 14 950 qutu 65 780 lari dəyərində aksizsiz siqaret götürülüb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətdə ifşa olunan şəxslərdən, onların evlərindən və nəqliyyat vasitələrindən ümumi bazar dəyəri 120.000 laridən çox olan 25.380 ədəd müxtəlif adlı aksizsiz siqaretlər götürülüb.

Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 200-cü maddəsinin birinci, ikinci və üçüncü hissələri ilə istintaq davam etdirilir.

Eyni zamanda, bu ilin oktyabr ayı ərzində İstintaq Xidməti tərəfindən aksiz markası olmayan malların saxlanması-daşıması-satılması ilə bağlı 34 fakt aşkar edilib, 37 nəfər təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib, onlardan 9-u saxlanılıb.

Bizimlə əlaqə saxlayın