Sabah Bolnisidə aksiya baş tutacaq
Sabah saat 15:00-da Bolnisi rayonunun Dəllər kəndinin əhalisi etiraz aksiyası keçirəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Salam Platformasının Facebook səhifəsində qeyd edilib.
"Aksianı keçirməkdə əhalinin məqsədi, dövlətə, Gürcüstan əhalisinə və digər bütün maraqlanan şəxslərə öz səslərini çatdırmaqdır.
Kəndin əhalisi Gürcüstanın təbiəti, ətraf mühiti, dövlət maraqları ilə maraqlanan hər kəsi sabah yanlarında olmağa gözləyirlər.
İndi məlum olacaq ki, kimlərinsə varlanması müqabilində Gürcüstanın torpağından və təbiətindən güzəşdə gediləckmi",- qeyd olunur.
Məlumat üçün bildirək ki, noyabırın 1-də dövlət "RMG Gold" şirkətinə qızıl hasilatına icazə verib. Bu isə Dəllər kəndinə həmçinin Bolnisiyə və eyni zamanda bütün Gürcüstanın ətraf mühitinə sarsıdıcı ziyan vuracaq.


