"Rusiya Federasiyası Xersonu “ölüm şəhərinə çevirmək istəyir”, Rusiya hərbçiləri bacardıqları hər şeyi minalayır: mənzillər, kanalizasiyalar".
InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna prezidentinin administrasiyası rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
Onun sözlərinə görə, sol sahildə yerləşən artilleriya şəhəri xarabalığa çevirməyi planlaşdırır.
“Rus dünyası” belə görünür: gəldi, qarət etdi, bayram etdi, “şahidləri” öldürdü, xarabalıqlar qoyub getdi”, – Podolyak Twitter-də yazıb.
