10 
Nybr
2022
13:07
170

Putin yaxın günlərdə Ermənistana səfər etməyi planlaşdırır

Rusiya prezidenti Vladimir Putin noyabrın 22-də İrəvana gedəcək və noyabrın 23-də Kollektiv Təhlükəsizlik Müqaviləsi ölkələrinin sammiti keçiriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə "Exo Kavkaza” Ermənistan mətbuatına istinadən yazıb.

Məlumata görə, bu məsələlər Paşinyanla Putin arasında telefon danışığı zamanı müzakirə olunub. Ermənistan baş nazirinin mətbuat xidmətinin məlumatına görə, oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüşdə əldə olunmuş razılaşmaların yerinə yetirilməsi barədə də danışılıb.

Kreml Kollektiv Təhlükəsizlik Müqaviləsi ölkələrinin liderlərinin İrəvanda keçiriləcək görüşü barədə də məlumat yayıb, baxmayaraq ki, bu bəyanatda Putinin səfəri ilə bağlı heç nə deyilməyib.
 

Bizimlə əlaqə saxlayın