Bizimlə əlaqəHaqqımızda—
Ən son:
GASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıb
TVCANLI

Qiorqi Kapanadze: "Nika Melia istefa verməlidir"

380
Qiorqi Kapanadze: "Nika Melia istefa verməlidir"
Dinləmək üçün basın

“Milli Hərəkat”ın üzvü Qiorqi Kapanadzenin fikrincə, “Milli Hərəkat”ın sədri Nika Melia istefa vermək barədə qərar qəbul etməlidir.

“Milli Hərəkat”ın üzvü Qiorqi Kapanadzenin fikrincə, “Milli Hərəkat”ın sədri Nika Melia istefa vermək barədə qərar qəbul etməlidir.

InterPress.ge xəbər verir ki, Kapanadzenin qeyd etdiyinə görə, Nika Meliyanın legitimlik problemi var.

Onun öz qiymətləndirməsinə görə, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilini xilas etmək üçün digər məsələlərlə yanaşı, “Milli Hərəkat”ın güclənməsi və yenilənməsi lazımdır.

“Biz bir-birimizə düşmən deyilik, silahdaşlarıq. Biz yeni daxili seçkilərə çağıranda söhbət partiyanı, daxili demokratiyanı gücləndirməkdən və məyus olan tərəfdarlarımızı dinləməkdən gedir. Təəssüf ki, bizim səhvlərimizə görə ruhdan düşüb, məyus olurlar. Bu gün partiyanın yenidən işə ehtiyacı var. 
Partiyadaxili seçkilərdən danışanda bütün bunlar güclənmək və Gürcü arzusunun real alternativinə çevrilmək məqsədi daşıyır. Ona görə də heç kim Milli Hərəkatda gedən prosesləri zəiflik, qarşıdurma kimi qələmə verməyə çalışmamalıdır. Seçkilər keçirilməlidir, çünki legitimlik problemi var. Sədr olanın ciddi legitimlik problemi var. Seçicilər məyusdurlar”, Kapanadze bildirib.

Onun sözlərinə görə, oktyabrın 14-də Azadlıq meydanında Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşviliyə dəstək aksiyasının hakimiyyətə ultimatum təqdim edilmədən dağıdılması Nika Meliyanın səhvi olub.

“Oktyabrın 14-də Azadlıq meydanında Mişaya dəstək üçün 65 mindən çox insan toplaşdı, o, hakimiyyətə bir dənə də olsun zərərsiz ultimatum vermədən yarım saat ərzində bu qədər insanı evlərinə göndərdi. Bu xüsusi mitinqi dağıtmaq səhv idi. Bundan başqa, çoxlu səhvlər oldu və mən daxili xəbərləri açıqlamayacam.

Sədr seçkiləri keçirilməlidir. Şəxsən mən 2003-cü ildən bu partiyanın tərəfdarı olan mən yeni legitim liderlə əl sıxmağa, onunla döyüşməyə hazıram. Nika Melia bu andan etibarən yeganə düzgün qərarı verməlidir, o, istefa verməli və seçiciləri dinləməlidir”, - Kapanadze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

GASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirSon xəbərlərə bax →