2022-ci il Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstanın səsi Mariam Biqvavanın klipinin televiziya premyerası keçirilib.
InterPress.ge xəbər verir ki, “Believe” mahnısı Qiqa Kuxianidzeyə məxsusdur, sözləri Beni Kadaqidze və İru Xeçanov, klipin rejissoru Zaza Oraşvili, rəssamı Şako Popiaşvili, dizayneri İza Nadareişvilidir.
Mariam Biqvava Gürcüstanın Birinci Kanalının “Ranina” layihəsinin beşinci mövsümünün qalibidir. İyunun 18-də Birinci Kanalda yayımlanan “Ranina” verilişinin möhtəşəm finalı keçirilib.
.jpg)