“Sarp” və “Qırmızı Körpü” gömrük keçid məntəqələrində qanun pozuntusu aşkar edilib
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Sarp” və “Qırmızı Körpü” gömrük keçid məntəqələrində 3 qanun pozuntusunun qarşısı alınıb.
InterPress.ge xəbər verir ki, bununla bağlı Gəlirlər Xidməti məlumat verib.
Məlumata görə, gömrük əməkdaşları tərəfindən müxtəlif ölkə vətəndaşlarına həm fiziki, həm də çantalarına baxış nəticəsində şübhə əsasında bəyan edilməmiş qızıl (ümumi çəkisi - 278,6 qram) və gümüş (çəkisi 2124,04 qram) aşkar edilib.
“Deklarasiya edilməmiş malların ümumi gömrük dəyəri 27 833,03 lari təşkil edib. Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə uyğun olaraq, qanunu pozan E.M. və K.M.-ya 9358,23 lari məbləğində pul cəriməsi tətbiq edilib, Rusiya Federasiyası vətəndaşı olan T.K.-nın iş materialları isə cavab tədbirləri üçün Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təhvil verilib”, - dərc olunan məlumatda qeyd olunur.


