08 
Nybr
2022
14:32
271

Kobaxidze: "Avropalı parlamentarilərin yeganə məqsədi Ukraynada baş verənləri Gürcüstanda davam etdirməkdir"

"Avropalı parlamentarilərin yeganə məqsədi Ukraynada baş verənləri Gürcüstanda davam etdirməkdir".

InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bunu Aİ-nin Assosiasiya Sazişinin Gürcüstan tərəfindən icrası ilə bağlı tənqidi düzəlişləri dəyərləndirərkən deyib.

“Bu insanların Gürcüstanda ikinci cəbhə açmaqla ümumi koordinasiya ilə birbaşa əlaqəsi var  və bu səylər də bütün bunlarla bağlıdır. Bu deputatların təşəbbüsü ilə edilən düzəlişlərdən biri də Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməməsi ilə bağlıdır. Biz çox gözəl başa düşürük ki, bu, Gürcüstanı regionda gedən müharibəyə sürükləmək məqsədi daşıyan növbəti addımdır. Təbii ki, bizim prioritetlərimiz var, cəmiyyətimizin öz prioritetləri var və heç bir belə cəhd bizi bu yoldan yayındıra bilməz”, - Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər