08 
Nybr
2022
12:05
346

Mixeil Saakaşviliyə bu gün britaniyalı tibb eksperti baş çəkəcək

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə bu gün britaniyalı tibb eksperti Kornelius Katona baş çəkəcək. 

InterPress.ge xəbər verir ki, bu barədə “Empatiya” mərkəzinin rəhbəri Mariam Cişkariani məlumat verib.

Ekspert saat 14:00-da Vivamed klinikasında Saakaşvilinin yanına gedəcək.

Mariam Cişkarianinin Facebook səhifəsində yazdığına görə, London Universitet Kollecində psixiatriya üzrə fəxri professora digər məslələrə yanaşı, Mixeil Saakaşviliyə qarşı penitensiar və tibb müəssisələrində həyata keçirilən tədbirlər nəticəsində məruz qaldığı ruhi (psixoloji) və mənəvi əziyyətlərlə bağlı suallar veriləcək. 

Onun məlumatına görə, britaniyalı mütəxəssis London Universitet Kollecinin psixiatriya bölməsinin fəxri professorudur və Kral Psixiatriya Kollecinin psixiatriya xəstəxanasına rəhbərlik edir.

"O, 2000-dən çox tibbi müayinə hazırlayıb, bir sıra mühüm araşdırmalar və nəşrlər yazıb, o cümlədən posttravmatik stress pozğunluğu, aclıq aksiyası və həbsxanada olan insanların psixi sağlamlığı ilə bağlı", - Cişkariani qeyd edib.

Bizimlə əlaqə saxlayın