07 
Nybr
2022
19:14
340

BMT- nin baş katibi: "Vaxt tükənir, biz həyat mübarizəsindəyik və uduzuruq"

"Vaxt tükənir. Biz həyat mübarizəsindəyik və uduzuruq."

InterPress.ge xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş Misirdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 27-ci Konfransında dünya liderləri qarşısında çıxışında bildirib.

Onun fikrincə, bəşəriyyət "ya əməkdaşlıq etməli, ya da məhv olmalıdır".

"Biz iqlim cəhənnəmi yolundayıq və ayağımız hələ də sürətləndiricinin üstündədir. İstixana qazları emissiyaları artmaqda davam edir, qlobal temperatur yüksəlir və planetimiz sürətlə iqlim xaosunu geri dönməz hala gətirəcək "uç" nöqtəsinə yaxınlaşır”, - Quterreş bildirib.

Bununla belə, Quterreş əlavə edib ki, Ukraynada davam edən müharibə və digər münaqişələr bütün dünyaya "dramatik təsir" göstərib, lakin diqqətimizin iqlim dəyişikliyinə yönəlməməsi ilə razılaşa bilmərik.

Bizimlə əlaqə saxlayın