Kaspi bələdiyyəsinin Ağaian kəndi yaxınlığında mərkəzi magistralda baş verən yol-nəqliyyat hadisəsi itki ilə başa çatıb.
InterPress.ge xəbər verir ki, avtomobilin sürücüsü sükanı idarə edə bilməyib, yolun hərəkət hissəsindən çıxıb, nəticədə gənc qadın yerindəcə ölüb, kişi isə xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadası tərəfindən klinikaya aparılıb.
