07 
Nybr
2022
13:35
178

Avropa komissarı: "Ukraynanın Aİ üzvlüyünə hazırlanması üçün illər lazım olacaq"

Avropanın Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhey deyib ki, Ukraynanın Avropa İttifaqına daxil olmağa hazırlanması üçün illər lazım olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə o, Deutsche Welle-yə danışıb.

“Ukraynanın Avropa İttifaqının daxili bazarına və bir çox digər siyasət sahələrində daxil olmağa hazırlaşması üçün genişmiqyaslı işlərin görülməsi lazımdır. Çox güman ki, bu, bir və ya iki ildən çox vaxt aparacaq”, - Avropa komissarı bildirib.

Bununla yanaşı, nəşrin yazdığına görə, Varhey Ukraynanın həyata keçirəcəyi 7 islahatın tez həyata keçirilə bilməyəcəyini qeyd etsə də, Ukraynanın istəyini müsbət qiymətləndirir. Onun sözlərinə görə, hətta Ukraynanın üzvlüyünə dair danışıqların başlanmasının qrafiki ilə bağlı razılaşmaq da mümkün deyil.

Bundan əlavə, Avropa və Avro-Atlantika inteqrasiyası üzrə Ukraynanın baş nazirinin müavini Olqa Stefanışina bəyan edib ki, ölkə 2024-cü ilin sonuna qədər üzvlük prosesini başa çatdırmaqda qəti qərarlıdır.

Onun sözlərinə görə, ölkə öz tapşırığını yerinə yetirir və artıq çoxlu sayda islahatlar, o cümlədən korrupsiya ilə mübarizə və ədalət mühakiməsi həyata keçirib

Bizimlə əlaqə saxlayın