07 
Nybr
2022
13:07
262

Serbiya prezidenti: "Xerson uğrunda döyüş həlledici olacaq"

"Ukraynadakı müharibədə Xerson uğrunda döyüş həlledici olacaq".

InterPress.ge xəbər verir ki,  bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

“Bizi çətin günlər gözləyir, gələn qış bu ilin qışından da çətin olacaq, çünki qarşıda bizi Stalinqrad döyüşü, həmçinin Ukrayna müharibəsində həlledici döyüş, hər iki tərəfin minlərlə tankların, təyyarələrin, artilleriyadan istifadə etdiyi Xerson döyüşü gözləyir",  - Serbiya prezidenti bildirib

Onun sözlərinə görə, Qərb bu yolla Rusiyanı məhv edəcəyini, Rusiya isə müharibənin əvvəlində işğal etdiklərini qoruyacağını düşünür.

“Qərb düşünür ki, bu yolla Rusiyanı məhv edə biləcək, Rusiya isə hesab edir ki, bu yolla müharibənin əvvəlində götürdüklərini qoruya və müharibəni sona çatdıra biləcək. Bu, hər yerdə əlavə problemlər yaradacaq”, - Vuçiç bildirib.

Bizimlə əlaqə saxlayın