Marneulidə "Həmrəylik turu"nun yekun görüşü həyata keçirilib - VİDEO
4 noyabr tarixində qeyri-hökumət təşkilatları, “Salam Platforması”, “Həmrəylik İcması” və “Demokratik Dəyişikliklər Naminə Gənclik”in təşkilatçılığı ilə Marneulidə həyata keçirilən iki günlük “Həmrəylik Turu” layihəsinin yekun görüşü baş tutub.
InterPress.ge xəbər verir ki, görüşdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, mülkü fəallar və Hollandiya səfirliyinin nümayəndəliyi iştirak edib.
Görüş zamanı Marneuli bələdiyyəsində yaşayan etnik və dini qrupların üzləşdiyi sistemli ədalətsizlik və struktur ayrı-seçkilikləri müzakirə olunub.
Qeyd edək ki, "Həmrəylik Turu" layihəsinin məqsədi etnik azlıqların və gürcü müsalmanlarının səsinin ən az eşidildiyi bölgələrdə onların səsini gücləndirmək, dominant qrup ilə etnik və dini qruplar arasında körpülər qurmaq və əlaqələri inkişaf etdirməkdir.
Məlumat üçün bildirək ki, layihə Niderlandın Gürcüstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.


