07 
Nybr
2022
12:22
894

Noyabrın 7-8-də Gürcüstanda hava necə olacaq?

Noyabrın 7-8-də Qərbi Gürcüstanda isti, yağmursuz, küləkli hava şəraiti, noyabrın 9-10-da isə bəzi yerlərdə yağış, gecə yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz +15, +20 dərəcə təşkil edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib. 

Şərqi Gürcüstanda noyabrın 7-8-də hava dumanlı, bəzi yerlərdə az yağıntılı olacaq. Havanın temperaturu gündüz 7-12 dərəcə isti təşkil edəcək. Noyabrın 9-10-da hava günəşli olacaq, temperatur gecə aşağı düşəcək, gündüz +15 dərəcəyədək yüksələcək.

Noyabrın 7-8-də Tbilisidə az yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək. Noyabrın 9-10-da hava açılacaq. Havanın temperaturu gecə +3, +5 dərəcəyədək aşağı enəcək, gündüz +15 dərəcəyədək yüksələcək.

Bizimlə əlaqə saxlayın