Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstandan bu istiqamətə birbaşa uçuşlar bərpa oluna bilər

715
Gürcüstandan bu istiqamətə birbaşa uçuşlar bərpa oluna bilər
Dinləmək üçün basın

Noyabrın 1-də Gürcüstanın İsveçrədəki fövqəladə və səlahiyyətli səfiri Revaz Lominadze İsveçrənin “Edelveys” aviaşirkətinin icraçı kommersiya direktoru Patrik Heyman ilə görüşüb, söhbətin mövzusu Gürcüstan və İsveçrə…

Noyabrın 1-də Gürcüstanın İsveçrədəki fövqəladə və səlahiyyətli səfiri Revaz Lominadze İsveçrənin “Edelveys” aviaşirkətinin icraçı kommersiya direktoru Patrik Heyman ilə görüşüb, söhbətin mövzusu Gürcüstan və İsveçrə arasında birbaşa hava əlaqəsi olub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın İsveçrədəki səfirliyindən məlumat verilib.

Səfirlikdən verilən məlumata görə, İsveçrə aviaşirkəti Sürix-Tbilisi-Sürix istiqamətində uçuşların cədvəlində maraqlıdır və bu məsələ ilə bağlı danışıqlar başa çatmaq üzrədir, Gürcüstanın İsveçrə Konfederasiyasındakı səfirliyi bu istiqamətdə fəal iştirak edir. 

Görüşdə Gürcüstan səfiri qeyd olunan məsələnin müsbət həllinin vacibliyi və perspektivindən ətraflı danışıb. Revaz Lominadze İsveçrə aviaşirkətinin rəhbərlərini Gürcüstan iqtisadiyyatının artan dinamikası barədə məlumatlandırıb, mülki aviasiya və turizm sektorlarında mövcud vəziyyətə və müsbət meyillərə xüsusi diqqət yetirib. İki ölkə arasında birbaşa uçuşlar turist axınının artmasına, investorların cəlb edilməsinə və iqtisadi əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək”, - səfirliyin bəyanatında deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →