Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Ukrayna Prezident Ofisinin rəsmisi İrana zərbə endirməyə çağırıb

364
Ukrayna Prezident Ofisinin rəsmisi İrana zərbə endirməyə çağırıb
Dinləmək üçün basın

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak dron istehsal edən İran zavodlarına zərbə endirməyi təklif edib.

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak dron istehsal edən İran zavodlarına zərbə endirməyi təklif edib.

InterPress.ge xəbər verir ki, bu barədə Prezident Ofisinin rəsmisi Vahid Ukrayna telemarafonunun efirində bildirib.

M.Podolyakın fikrincə, sanksiya və embarqo Tehranı cəzalandırmaq üçün yetərli olmayacaq. O hesab edir ki, İranın Ukraynada genişmiqyaslı müharibə başlamazdan əvvəl Rusiyaya pilotsuz uçan aparatları tədarükünü etiraf etməsi mənasız görünür:

“Dronların Rusiyaya ötürülməsinin bu cür etirafı bir qədər qəribə görünür. Yəni müharibədən əvvəl mindən çox pilotsuz uçan aparatı təhvil vermişdilər, yalnız rusiyalılar döyüş meydanında müharibəni praktiki olaraq uduzduqdan sonra istifadə etməyə başladılar. Yəni kritik infrastrukturumuzu dağıtmaq əvəzinə 8 ay anbarlarda qalmışdılar?”.

O həmçinin İranın dronları tədarük etdiyinə görə cəzalandırılmasını istəyib.

“Mənə elə gəlir ki, təkcə sanksiyalar və ya embarqo tətbiq etmək lazım deyil. Zənnimcə, dronların və ballistik raketlərin istehsalına və s.-ə görə konkret zərbələr endirmək olardı. Belə bir dövlət cəzasız bunu davam etdirə bilməz”, - M.Podolyak bildirib.

Xatırladaq ki, noyabrın 5-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Rusiyaya dronlar verdiyini, lakin bunu Rusiyanın genişmiqyaslı işğalından bir neçə ay əvvəl etdiyini etiraf edib.

Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko buna cavab olaraq vurğulayıb ki, Ukrayna yalnız faktlara güvənməyə öyrənib.

Ukrayna Prezidenti Volodimir Zelenski iranlı nazirin sözlərinin yalan olduğunu bildirib. O qeyd edib ki, terrorçulardan və ya onların ortaqlarından heç biri cəzasız qalmayacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →