Polis Sarp sərhəd-keçid məntəqəsində iki nəfəri saxladı
Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin Sərhədi İdarəetmə və Əlaqələndirmə Baş İdarəsinin və Patrul Polis İdarəsinin Acarıstan Baş İdarəsinin İstintaq İdarəsinin əməkdaşları, iki xarici ölkə vətəndaşı, 1971-ci il təvəllüdlü S.K. və 1990-cı il təvəllüdlü S.H -ni Sarp sərhəd-keçid məntəqəsində saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
S.K. miqrantı qanunsuz olaraq Gürcüstanın dövlət sərhədinə keçirməyə cəhddə, S.H. isə Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd etdiyi üçün saxlanılıb.
İstintaq müəyyən edib ki, S.K. S.H.-ni qanunsuz olaraq sərhəddən keçirməyə cəhd edib. Polis hər iki şəxsi şübhəli şəxs qismində saxlayıb.
Miqrantın Gürcüstanın dövlət sərhədinə qanunsuz keçirilməsi və Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd faktları üzrə araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 19-344 və 344 prima maddələri ilə aparılır.
Cinayət 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır


