İşğal olunmuş Abxaziyanın işğalçı rejiminin nümayəndələri Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat verib.
DTX-nin məlumatında qeyd edilib ki, Qalidə yaşayan vətəndaşın qanunsuz saxlanılması işğal olunmuş ərazidə baş verib.
“İşğal olunmuş Abxaziyanın işğalçı rejiminin nümayəndələri Gürcüstan vətəndaşı, Qali sakini A.T.-ni qanunsuz olaraq saxlayıblar.
Qeyri-qanuni olaraq saxlanılan şəxs narkotik maddələr almaq və saxlamaqda ittiham olunur.
Qanunsuz saxlanılma A.T-nin daimi yaşadığı işğal olunmuş ərazidə baş verib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dərhal “qaynar xətt” aktivləşdirilib və A.T.-nin qanunsuz saxlanılması barədə məlumat Avropa İttifaqının Monitorinq Missiyasına və Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə çatdırılıb”, - məlumatda qeyd olunub.
DTX-nin məlumatına görə, Gürcüstan vətəndaşının azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb və iş aparılır.
“İşğal rejimi tərəfindən qeyri-qanuni saxlanılmaların son dərəcə dağıdıcı praktikası yerli əhalinin gündəlik həyatını çətinləşdirir və təhlükəsizlik mühitinə xeyli ziyan vurur. İşğalçı qüvvələr tərəfindən həyata keçirilən bütün saxlamalar qeyri-qanunidir və buna görə tam məsuliyyəti işğalçı qüvvə daşıyır”, - DTX bildirib.
