Bir sıra bölgələrdən olan fəal gənclər Marneuliyə səfər ediblər- VİDEO
4 Noyabr tarixində qeyri-hökumət təşkilatları, “Salam Platforması”, “Həmrəylik İcması” və “Demokratik Dəyişikliklər Naminə Gənclik”in təşkilatçlığı ilə Marneuli bələdiyyəsində yaşayan etnik və dini azlıqların yaşadığı kəndlərdə “Həmrəylik Turu” lahiyəsi çərçivəsində səfər baş tutub. Səfərdə qeyri-hökumət təşkilatlarının nümayəndələri və mülkü fəallar iştirak edib.
InterPress.ge xəbər verir ki, layihə iştirakçıları tur zamanı Marneuli bələdiyyəsində yaşayan etnik və dini qrupların üzləşdiyi sistemli ədalətsizlik və struktur ayrı-seçkilikləri ilə tanış oldublar.
"Marneulidə həyata keçirdiyimiz "Həmrəklik turu" çərçivəsində biz Marneuliyə Gürcüstanın 8 bələdiyyədən qonaqlar gətirdik və Marneulinin azərbaycan, erməni və gürcü müsəlmanlarının yaşadığı müxtəlif kəndlərinə səfərlər etdik. Biz, etnik və dini azlıqların yaşadığı kəndlərdə dominant qrupların yaşadığı kəndlərlə müqayisədə infrastruktura, məktəb və uşaq bağçası problemlərini olduğunu gördük. Məsələn, səfərdə olduğumuz kəndlərdən yalnız Saimerlo kəndində uşaq bağçası var idi. Biz bilirik ki, dövlət dilinin öyrədilməsi uşaq bağçasından başlayır. Ona görə də, kəndlərdə bağça infrasturakturasının olması çox önəmlidir.“-Salam platformasının nümayəndəsi Bünyamin Qasımoğlu İnterPress.ge-yə verdiyi müsahibədə qeyd edir.
Qeyd edək ki, "Həmrəylik Turu" layihəsinin məqsədi etnik azlıqların və gürcü müsəlmanlarının səsinin ən az eşidildiyi bölgələrdə onların səsini gücləndirmək, dominant qrup ilə etnik və dini qruplar arasında körpülər qurmaq və əlaqələri inkişaf etdirməkdir.
Məlumat üçün bildirək ki, layihə Niderlandın Gürcüstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.


