04 
Nybr
2022
16:28
779

Milli Bank xəbərdarlıq edir

Milli Bankdan verilən məlumata görə, müxtəlif yerlərdə qeydiyyatsız valyutadəyişmə məntəqələrinin olması və onların icazəsiz valyutadəyişmə əməliyyatları aparması faktları qeydə alınıb.

InterPress.ge xəbər verir ki, Milli Bank bununla bağlı xəbərdarlıq edir.

"Gürcüstan Milli Bankı müəyyən edilmiş qaydalara uyğun olaraq valyutadəyişmə məntəqələrinin qeydiyyatını həyata keçirir. Qeydiyyat olmadan valyuta mübadiləsi əməliyyatlarının aparılması qanun pozuntusudur və hüquqi məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə səbəb ola bilər.

Sahibkarlıq subyektlərini qanunvericilikdən yayınmaqla valyuta mübadiləsi əməliyyatları aparmaqdan çəkinməyə çağırırıq. Eyni zamanda, istifadəçilərdən daha diqqətli olmalarını və yalnız qeydiyyatda olan valyutadəyişmə məntəqələrində valyuta dəyişdirmələrini, hər zaman qəbz tələb etmələrini və valyutadəyişmə əməliyyatı zamanı pozuntular aşkar edildikdə Gürcüstan Milli Bankının qaynar xətti ilə əlaqə saxlamalarını xahiş edirik - 2 406 406 və ya bizə yazın - [email protected]" , - Milli Bankın yaydığı məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın