04 
Nybr
2022
14:48
441

“Qırmızı Körpü” və “Tbilisi Hava Limanı”nda bəyan edilməmiş pul aşkarlanıb

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları tərəfindən “Qırmızı Körpü” və “Tbilisi Hava Limanı” gömrük-keçid məntəqələrində vətəndaşların həm fiziki, həm də çantalarının yoxlanılması nəticəsində 98.850 ABŞ dolları məbləğində bəyan edilməmiş pul götürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə Gəlirlər Xidməti məlumat verib.

Məlumata görə, bəyan edilməmiş pulların ümumi məbləği Milli Bankın məzənnəsinə əsasən, 274 675 lari təşkil edib. 

Gürcüstan Gömrük Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq qanunu pozan vətəndaşlar sanksiya qismində ümumilikdə 27 467 lari (məbləğin 10%-i) məbləğində cərimələnib.

Bizimlə əlaqə saxlayın