Rusiya vətəndaşlarının bir ay ərzində Gürcüstanda nə qədər mülk aldığı açıqlandı
Rusiya tərəfindən Ukraynada müharibə başlayandan bəri Gürcüstana daxil olmuş Rusiya vətəndaşlarından 711-i hüquqi şəxs kimi qeydiyyatdan keçib, 9789 Rusiya vətəndaşı isə artıq Gürcüstanda fərdi sahibkar kimi qeydə alınıb.
InterPress.ge xəbər verir ki, “Batumelebi” hələ iyul ayında Dövlət Reyestrinin Milli Agentliyinə müraciət edərək 2022-ci il martın 1-dən bu günə kimi Rusiya vətəndaşlarının Gürcüstanda hansı əmlaklarının qeydiyyata alındığı barədə məlumat istəyib.
Reyestr məlumatlarına görə, 2022-ci il martın 1-dən oktyabrın 12-dək: 2585 Rusiya vətəndaşı Gürcüstanda ümumi sahəsi 189 084 kvadratmetr olan 2964 mənzil alıb.
Həmin dövrdə 252 Rusiya vətəndaşı Gürcüstanda 249 torpaq sahəsi alıb ki, bu da ümumilikdə 37,9 hektardır.
Dövlət reyestrindən verilən məlumata görə, qeyd olunan məlumatlar Rusiya vətəndaşlarının pasport məlumatlarına əsasən işlənir.
Rusiya vətəndaşlarının dövlət reyestrində məlumatları/qeydiyyatı belə görünür:
Hüquqi şəxs – 711;
Fərdi sahibkar – 9 789;
Mənzil alan vətəndaşlar - 2585;
Torpaq alan vətəndaşlar - 252;
Alınan mənzillərin sahəsi – 189 084 kv.m.;
Alınan torpaq sahəsi 37,9 ha-dır.


