04 
Nybr
2022
13:15
460

Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Gürcüstan Xarici İşlər Nazirliyinə bəyanat ünvanladı

Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Gürcüstan Xarici İşlər Nazirliyinə bəyanat ünvanlayıb.

InterPress.ge xəbər verir ki, bəyanatı "Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi", "Alyans" Gənclər Mərkəzi, "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi", "Gürcüstan Azərbaycanlılarının Hüquqşunaslar Assosiyasiyası", "Borçalı İrəli İctimai Birliyi", "Vətəndaş-Cəmiyyətin Təhsili və İnkişafı üçün Vətəndaş Birliyi" imzalayıb.

Bəyanatda Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru, Rusiya Federasiyasının İctimai Palatasının birinci və ikinci çağırışının üzvü (2006-2010), Demokratiya və Əməkdaşlıq İnstitutunun Nyu-York ofisinin rəhbəri, politoloq və tarixçi Andranik Miqronyanın "Lazerevskiy klub"un İrəvan şəhərində keçirilmiş 5-ci iclasında çıxış edərkən Gürcüstan dövlətinin, xalqının şərəfinə toxunan, ləyaqətini alçaldan təhqiramiz ifadələr işlətdiyi qeyd edilib. Yuxarıda adıçəkilən qeyri-hökumət təşkilatları Miqranyanın Gürcüstan suverenliyinə, ərazi bütövlüyünə hörmət etməməsinə, Ermənistandakı havadarlarına arxalanaraq ictimaiyyət arasında Gürcüstan vətəndaşlarını təhqir etməsinə etiraz etdiklərini bildiriblər, Miqranyanın Gürcüstan dövlətindən və xalqından üzr istəməsini və Gürcüstana girişinə qadağa qoyulmasını tələb edirlər. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər