Türkiyədə 4,9 bal gücündə zəlzələ baş verib və nəticədə azı 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.
InterPress.ge xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” dövlət agentliyi məlumat yayıb.
Təbii fəlakətin episentri İzmir vilayətində olub. Hadisə yerinə gələn Türkiyə daxili işlər nazirinin sözlərinə görə, zəlzələ nəticəsində azı 20 evə ziyan dəyib.
Onun sözlərinə görə, hökumət zərərçəkənlərə yardım edəcək.
