Kvemo Kartlidə "oğru dünyası" ilə əlaqəsi olan 4 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamenti və Kvemo Kartli Bölgə Prokurorluğunun əməkdaşlarının birgə keçirdikləri kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Tbilisi, Kvemo Kartli, Acarıstan və Sameqreloda hakimin hökmü əsasında 4 nəfər: 1962-ci il təvəllüdlü R.X., həmçinin əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş və hazırda şərti sınaqda olan şəxslər: 1989-cu il təvəllüdlü Q. P. 1990-cı il təvəllüdlü B. S. 1980-ci il təvəllüdlü S. Ğ. saxlanılıb.
InterPress.ge xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hazırda Gürcüstandan kənarda olan “qanuni oğru”ya – 1977-ci il təvəllüdlü “Bonço” ləqəbli C.B.-yə və 1974-cü il təvəllüdlü A.T.-yə qiyabi ittiham irəli sürülüb.
Qeyd edək ki, adıçəkilən şəxslər “qanuni oğurluq”, “oğru dünyasına üzvlük”, “oğru dünyası”nın fəaliyyətinə dəstək vermək və külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunurlar.
Aparılmış istintaq-əməliyyat tədbirləri, o cümlədən hakimin hökmü əsasında həyata keçirilən gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, “oğru dünyası” ilə əlaqədə olmaqda ittiham olunaraq saxlanılan və təqsirləndirilən şəxslər “oğru aləmi”nin fəaliyyəti, şəxsi mənfəət və üstünlük əldə etmək məqsədi ilə vətəndaşlar və “oğru dünyası” ilə bağlı olan şəxslərin şəxsi münaqişələrini və ya maliyyə mübahisələrinin həllində iştirak ediblər, habelə kriminal avtoritetlərlə, o cümlədən xaricdəki gürcü “qanuni oğru”larla, o cümlədən Mindia Lavasoğli, “Babu” ləqəbli Aslan Kobuladze ilə əlaqə saxlayıb və onların göstərişlərini alıblar.
İstintaq onu da müəyyən edib ki, gürcü “qanuni oğru” - C. B. (“Bonço” ləqəbli) maddi gəlir əldə etmək üçün kriminal təsirindən istifadə edərək Gürcüstanda yaşayan “oğru dünyası”nın fəaliyyətinin tərəfdarları olan şəxslər R.X və S.Ğ. ilə əlaqədə olub. Xüsusilə, C.B. adıçəkilən şəxslər vasitəsilə Q.Q. ilə əlaqə saxlayıb, gürcü biznesmenini öldürməklə hədələyib və ondan zorla 55 min lari almaq istəyib.
“Qanuni oğurluq”, “oğru dünyasına üzvlük”, “oğru dünyası”nın fəaliyyətinə dəstək vermək və külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu gəlmə faktları üzrə araşdırma aparılır.
Cinayətlərə görə 3 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.


