01 
Nybr
2022
11:33
314

DİN Tbilisi və bölgələrdə əməliyyat keçirdi - 24 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Baş İdarəsi, Tbilisi Polis Departamenti, Patrul Polisi Departamenti, İmereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis Departamenti, Şida Kartli Polis Departamenti və Acarıstan Polis Departamentinin əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində narkotik cinayətlərinə görə 24 nəfər tutulub.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib. 

Tbilisi və bölgələrdə, o cümlədən Poniçala (Soğanlıq) qəsəbəsində narkotik vasitələrin qanunsuz satışı, qanunsuz satışa cəhd və qanunsuz satışına hazırlıq ittihamı ilə 18 narkotik alverçisi saxlanılıb: 1975-ci il təvəllüdlü A.Q., 1990-cı il təvəllüdlü P.A., 1999-cu il təvəllüdlü A. A., 1998-ci il təvəllüdlü J.S., 1999-cu il təvəllüdlü M.K., 2003-cü il təvəllüdlü L.M., 2001-ci il təvəllüdlü V.B., 1979-cu il təvəllüdlü Q.T., 2001-ci il təvəllüdlü V.S., 1982-ci il təvəllüdlü Q.C., 2001-ci il təvəllüdlü C.C. və 2004-cü il təvəllüdlü C.C. qardaşlar, 1973-cü il təvəllüdlü P.B., 1997-ci il təvəllüdlü N.S., 2003-cü il təvəllüdlü M.E., 1967-ci il təvəllüdlü B.P., 1999-cu il təvəllüdlü D. M., 1981-ci il təvəllüdlü R.M.

Cinayətlər 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz satışı ittihamı ilə saxlanılmış şəxslərdən hakimin hökmü əsasında dəfələrlə narkotik vasitələrin satışına nəzarət həyata keçirilib və həmin alış-verişlərin gizli audio-video çəkilişi aparılıb. Polis şübhəlilərin narkotik satışı məqsədilə qanunsuz olaraq satdıqları narkotikləri dəlil kimi götürüb. Həmçinin, narkotik vasitələrin qanunsuz satışı nəticəsində əldə edilmiş məbləğ də ələ keçirilib.

Mərkəzi Kriminal Polis Departamentinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Tbilisi və Batumi şəhərlərində eyni vaxtda həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 3 nəfər saxlanılıb.

1977-ci il təvəllüdlü, Ukrayna Respublikasının vətəndaşı O.A. qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin alınması və saxlanmasına görə tutulub.

1986-cı il təvəllüdlü Rusiya Federasiyası vətəndaşları - İ.L. və İ.P. hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmək və saxlamaqda ittiham edərək saxlanılıb.

Saxlanılan şəxslərin avtomobilinə və mənzilinə baxış zamanı polis sübut kimi yarım kiloqramdan artıq kokain götürüb.

Bundan başqa, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxladıqlarına görə 3 nəfər saxlanılıb: 1976-cı il təvəllüdlü, əvvəllər müxtəlif ağır cinayətlərə görə məhkum olunmuş E.B., 1995-ci il təvəllüdlü A.S. və 1970-ci il təvəllüdlü R N.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Tbilisi və regionlarda həyata keçirilən kompleks polis tədbirləri çərçivəsində narkotik vasitələrin internet vasitəsilə qanunsuz satılması faktlarının da qarşısı alınıb, Qazaxıstan Respublikasının 3 vətəndaşı saxlanılıb. Həyata keçirilən gizli əməliyyat-istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxslərin internetdə narkotik vasitələrin satışı sxeminə cəlb olunmaları müəyyən edilib. Onların şəxsi və yaşayış mənzillərinə baxış zamanı 2 kiloqrama qədər narkotik vasitə olan “kokain” və yarım kiloqramdan artıq psixotrop maddə olan “ketamin” götürülüb. Onlar satış məqsədi ilə müxtəlif yerlərdə narkotik vasitələr yerləşdirərək qeyd olunan yerlərin şəklini çəkiblər, daha sonra isə müştərilərə narkotik vasitələri gizlətdikləri yerlər barədə məlumat veriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Batumidə də bir nəfəri saxlayıblar, onun idarə etdiyi avtomobildən sübut kimi tərkibində “Buprenorfin” narkotik vasitə olan  490 ədəd “Subutex” götürülüb. Polis xüsusilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edib saxladıqlarına görə 2 nəfəri saxlayıb  və onlardan biri əvvəllər müxtəlif ağır cinayətə görə məhkum olunub.

Ölkə ərazisində həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxslərin göstərdikləri yerlərdən, habelə şəxsi, avtomobillərinə və mənzillərinə baxış zamanı satış üçün hazırlanmış külli miqdarda və xüsusilə külli miqdarda narkotik və psixotrop maddələr sübut kimi götürülüb: "Heroin", "Kokain", "Alpha PVP", "Ketamin" və "Subutex".

Xüsusilə külli miqdarda və külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və saxlanması və satışı üçün hazırlanılması, satılması, satılmasına cəhd, həmçinin, psixotrop maddələrin qanunsuz alınması və saxlanması faktları üzrə Gürcüstan Cinayət Məcəlləsinin 260, 19-260, 273, 18-260 və 261-ci maddələri ilə istintaq aparılır.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər