DİN ölkə üzrə davam edən xüsusi əməliyyatlarla bağlı açıqlama verdi
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin direktoru Teymuraz Kupatadze ölkə boyu davam edən xüsusi əməliyyatlarla bağlı mətbuata açıqlama verib.
InterPress.ge xəbər verir ki, 10-dan çox narkotik alverçisi saxlanılıb.
“Daxili İşlər Nazirliyi narkotik cinayətlərinə və narkotik alverçilərinə qarşı barışmaz mübarizəsini davam etdirir. Bu gün Gürcüstanın hər yerində - Tbilisidə, Batumidə və müxtəlif şəhərlərdə tədbirlər keçirilir. 10-dan çox narkotik cinayətkarı və satıcısı saxlanılıb. Axtarış nəticəsində müxtəlif növ külli miqdarda narkotik vasitə, o cümlədən satışı nəticəsində əldə edilmiş pul vəsaitləri aşkar edilərək götürülüb. Həmin şəxslər müxtəlif yollarla ölkəyə narkotik gətiriblər. Gürcüstan, Ukrayna, Qazaxıstan və Rusiya vətəndaşları saxlanılıb. Onlar hakimin qərarı əsasında saxlanılır. Gizli videoyazılar və onların saxlanılması üçün əsas olan bütün sübutlar var”, - Teymuraz Kupatadze deyib.
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin direktorunun sözlərinə görə, söhbət heroin, kokain və digər narkotik vasitələrdən gedir.


