Noyabrın 1-də Gürcüstanda hava şəraiti kəskin pisləşəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Onların məlumatına görə, Qərbi Gürcüstanda yağış, bəzi yerlərdə güclü qərb küləyi, dənizdə 3-4 bal gücündə fırtına olacağı ehtimalı var. Yüksək dağlıq bölgələrdə qar yağacaq.
Sinoptiklərin sözlərinə görə, gözlənilən güclü yağışlar Gürcüstan çaylarında suyun səviyyəsinin xeyli artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə sürüşmə-daşqın proseslərinin başlamasına və aktivləşməsinə səbəb ola bilər.
