Hindistanın Qucarat əyalətinin Morbi şəhərində piyada körpüsünün uçması nəticəsində azı 81 nəfər ölüb.
InterPress.ge xəbər verir ki, “The Guardian” rəsmi agentliklərə əsaslanaraq yazır ki, uçan zaman körpünün üzərində 150-dən çox adam olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə uşaqları da görmək mümkündür.
230 metrlik körpü 19-cu əsrdə tikilib. Şahidlərin sözlərinə görə, o, bir neçə saniyə ərzində çöküb.
