30 
Okt
2022
18:18
935

Tbilisidə ustalar arasında mübahisə qətllə nəticələnib

Ötən gecə orta yaşlı kişi soyuq silahla qətlə yetirilib.

InterPress.ge xəbər verir ki, mövcud məlumata görə, mərhumla təqsirləndirilən şəxslər obyektlərin birində birgə tikinti işləri aparırmış.

Mənbənin sözlərinə görə, aralarındakı mübahisə restoranlardan birində başlayıb, daha sonra təqsirləndirilən şəxslərin yaşadığı ərazidə davam edib. Onların hər ikisi spirtli içkinin təsiri altında olub.
Məlumata görə, Daxili İşlər Nazirliyi təqsirləndirilən şəxsi isti izlərlə yaxalayıb.

İstintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər