01 
Iyl
2020
09:20
3874

300 lari təzminat almaq üçün qeydiyyatı sona çatdı, ancaq bu şəxslər üçün qeydiyyat davam edir

"300 lari təzminat alacaq şəxslərin 30 iyun tarixində qeydiyyat vaxtı sona çatdı".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamara Barkalaya bildirib.

Barkalayanın sözlərinə görə, 2019-cu ildə işləmək üçün xarici ölkələrə üz tutan və birdəfəlik 300 lari təzminatdan yararlanmaq istəyən şəxslərin qeydiyyatı isə 15 iyuladək davam edəcək.

İyunun 30-da 300 lari təzminat almaq istəyən şəxslərin qeydiyyatı sona çatdı. Hal hazırki vaxta görə, qeydiyyatdan təxminən 160 000 nəfər keçib. 110 000 sənədə isə baxış keçirilib. Qalan sənədlər isə komissiya tərəfindən baxılacaq", - dedi T. Barkalaya.

Bizimlə əlaqə saxlayın