01 
Iyl
2020
08:45
5123

Bu gündən pensiyalar artdı

Bu gündən, etibarən 70 yaşdan yuxarı pensiyaçılar üçün pensiya 30 GEL artacaq və 250 GEL olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat verib.

Məlumata görə, artan pensiyadan 410 mindən çox pensiyaçı faydalanacaq.

Eyni zamanda, 70 yaşdan yuxarı dağlıq yaşayış məntəqələrində yaşayan təqaüdçülər üçün pensiya 300 GEL olacaq.

Hökumət eyni zamanda izah edir ki, 2021-ci ilin yanvar ayından etibarən pensiyalar 70 yaşdan aşağılar üçün 20 GEL, 70 yaşdan yuxarı üçün isə 25 GEL artacaq.

Bizimlə əlaqə saxlayın