29 
Okt
2022
10:10
395

Rustavidə avtomobil ana və 2 azyaşlı uşağı vurub

Rustavidə, Pançulaia küçəsində yol qəzası baş verib.

InterPress.ge xəbər verir ki, “Opel” markalı avtomobil piyada qadını və iki uşağını vurub.

Sürücünün dediyinə görə, o, kəsişmədə bir neçə maşını keçib və daha sonra hərəkətinə davam edib. Bildirib ki, avtomobili qadının ayağının üstündən keçib.

Hadisə yerinə təcili yardım və patrul polis qrupları səfərbər edilib.

Mövcud məlumata görə, onlar “Rustavi” klinikasına yerləşdirilib, daha sonra Tbilisidəki İnqoroğva klinikasına köçürülüb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər