28 
Okt
2022
18:23
486

İqtidar və müxalifət partiya üzvləri arasında qarşıdurma baş verdi

“Vahid Milli Hərəkat” fraksiyasının üzvlərinin sakrebulo iclas zalında zədələnmiş infrastrukturu, sosial məsələləri əks etdirən fotolar sərgiləməsindən sonra nümayəndəlik orqanında vəziyyət gərginləşib.

InterPress.ge xəbər verir ki, bu addım  “Gürcü arzusu” deputatlarının narazılığına səbəb olub. Deputat Badri Maçavarianinin sözlərinə görə, onların narazılığına səbəb müxalifət partiyası tərəfindən bunun “şou”, “tamaşa” olması və əslində iş görmək məqsədi daşımaması olub.

VMH fraksiyasının üzvü Nana Şatberaşvilinin sözlərinə görə, hakim partiyanın nümayəndələri Rustavidə real mənzərəni gördükdən sonra qəzəblənib və bu yolla sadəcə olaraq məsələni ört-basdır etməyə çalışıblar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər