28 
Okt
2022
14:36
489

Gürcüstandan Türkiyəyə gizli yolla arı aparan şəxs saxlanıldı

Gömrükçülər Gürcüstandan Türkiyəyə gedən şəxsin üzərində axtarış apararkən onun bədəninə bərkidilmiş kiçik taxta qutularda 1100 ədəd arı aşkar ediblər.

InterPress.ge xəbər verir ki, Türkiyə mediası bu barədə rəsmi şəxslərə əsaslanaraq məlumat verib.

Məlumata görə, həmin şəxsin müvafiq sənədləri olub, lakin gömrük idarəsinin qaçaqmalçılıqla mübarizə şöbəsi şübhəli davranışına görə onu dayandırıb.

Onun sviterinin altında 110 arı olan çoxlu sayda qutu aşkar edib. Hər birində bir ana arı və doqquz işçi arı olub. Adıçəkilən şəxs saxlanılıb.

Bizimlə əlaqə saxlayın