Polis 10 yaşlı uşağı təhdid edən şəxsi saxladı
Gürcüstan Prokurorluğu bir nəfəri 10 yaşlı uşağa qarşı zorakılıq və hədələmədə ittiham edib.
InterPress.ge xəbər ver ir ki, bu barədə məlumatı prokurorluğun mətbuat xidməti yayıb.
Məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, oktyabrın 25-də Tbilisi şəhərində təqsirləndirilən şəxs mənzildə tək olan azyaşlını qapını açmağa məcbur edib, azyaşlı isə razılaşmadıqdan sonra qapını sındırmaqla hədələyib.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi oktyabrın 26-da saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 150-ci maddəsinin 2-ci hissəsinin “A” bəndi və 151-ci maddəsinin 2-ci hissəsinin “Q” yarımbəndi ilə ittiham olunur ki, bu da üç ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək”, - məlumatda qeyd olunub.


