28 
Okt
2022
12:24
1677

Gürcüstana ən çox hansı ölkələrdən pul köçürülüb?

Sentyabrda Gürcüstana 173 942,2 ABŞ dolları ilə ən böyük pul köçürməsi Rusiya Federasiyasından daxil olub.

InterPress.ge xəbər verir ki,  bu barədə “Sakstat”ın məlumatında qeyd olunub.

Ümumilikdə sentyabrda pul köçürmələrinin həcmi 387 177,7 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə artım deməkdir – avqustda bu göstərici 334 266,1 ABŞ dolları təşkil edib.

Daha dəqiq desək, sentyabr ayında qeydə alınan pul köçürmələrinin əsas ölkələr üzrə bölgüsü belədir: İtaliya - 36 288,7 ABŞ dolları; Amerika Birləşmiş Ştatları - 28 679,2 ABŞ dolları; Yunanıstan - 18 451,9 ABŞ dolları; Qırğızıstan - 18 120,6 ABŞ dolları; İsrail - 16 437,4 ABŞ dolları; Almaniya - 15 921,5 ABŞ dolları; Qazaxıstan - 10 126,5 ABŞ dolları; Türkiyə - 9817,5 ABŞ dolları.

Bizimlə əlaqə saxlayın