28 
Okt
2022
11:35
371

Tbilisidə oteldə partlayış baş verdi

Ağmaşenebeli xiyabanında yerləşən “Luks” otelində partlayış olub. 

InterPress.ge xəbər verir ki, oteldə vətəndaş əl qumbarası partladıb.

Məlum olub ki, o, dünən “Luks” otelində otaq kirayələyib. Hazırda kişinin vəziyyəti ağırdır. O, Ğuduşauri klinikasına yerləşdirilib.

Otel möhürlənib. Artıq hadisə yerində əməliyyat-istintaq tədbirləri yekunlaşıb.

Hadisə ilə bağlı digər təfərrüatlar hələlik məlum deyil.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 229-cu maddəsi ilə araşdırma başlanılıb.

Bizimlə əlaqə saxlayın