Polis 4 nəfəri saxladı
Polis 4 nəfəri kompüter sisteminə icazəsiz daxil olmaq və maddi mənfəət əldə etmək məqsədilə külli miqdarda oğurluq etmək ittihamı ilə saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata görə, DİN-in Tbilisi Polis Departamentinin Baş İstintaq Bölməsinin əməkdaşları tərəfindən hakimin qərarı ilə həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 4 şəxs- 1971-ci il təvəllüdlü M.İ., 1984-cü il təvəllüdlü L.Ç. 1983-təvəllüdlü M.Q. və 2002-ci il təvəllüdlü S.Q. saxlanılıb.
“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər maddi mənfəət əldə etmək məqsədi ilə vətəndaşları aldadaraq mobil telefonları vasitəsilə icazəsiz bank hesablarına daxil olub, həmin şəxslərdən külli miqdarda pul vəsaitlərini şəxsi hesablarına köçürüblər.
İstintaqın hazırkı mərhələsində zərərçəkmişlərə dəymiş ziyanın 100.000 larini keçdiyi müəyyən edilib.
Maddi gəlir əldə etmək məqsədilə kompüter sisteminə icazəsiz daxil olma və külli miqdarda oğurluq faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 286-cı Prima maddəsinin 2-ci hissəsinin “a” və “b” yarımbəndlərinə, 284-cü maddənin 1-ci hissəsinin və 177-ci maddənin 4-cü hissəsinin “b” yarımbəndlərinə əsasən”,- məlumatda bildirilir.
Cinayət 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


