28 
Okt
2022
10:48
320

Ukrayna Baş Qərargahı: "Ruslar Xersonda mövqelərini gücləndirirlər"

Xerson vilayətinin sağ sahilində Rusiya qüvvələri 1000-ə qədər səfərbər edilmiş əsgərlə mövqelərini gücləndirib.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının hesabatında deyilir.

Qərargahın məlumatına görə, Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisindən  “evakuasiya” davam edir.

"Beləliklə, yerli xəstəxananın avadanlıqları Belozerk qəsəbəsindən Skadovsk və Qeniçesk şəhərlərinə köçürülür”, - Baş Qərargahdan bildiriblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər