Hüquq-mühafizə orqanlarının əməkdaşları rusların Ukraynada törətdiyi 40 minə yaxın hərbi cinayəti aşkarlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müavini Katerina Pavliçenko bildirib.
"Hüquq-mühafizə orqanları artıq rusların törətdiyi 40 minə yaxın hərbi cinayəti qeydə alıb.
Bu cinayətlər arasında həm də cinsi azadlıq və toxunulmazlığa qarşı cinayətlər, yaxud da, cinsi cinayətlər də var”, - deyə Pavliçenko bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası Ukraynanın dinc şəhərlərini hər gün terror edir və soyqırım törədir.
