Rustavidə baş verən yol qəzasında 4 yaşlı uşaq öldü
Rustavinin Mşenebelta küçəsində baş verən yol qəzasında 4 yaşlı uşaq ölüb.
InterPress.ge xəbər verir ki, Mşebelta küçəsində, sement zavodunun yaxınlığında Rustavi bələdiyyə avtobusu azyaşlı uşağı vurub.
Hadisə yerində olan şəxslər azyaşlını şəxsi avtomobili ilə Qardabanidəki “Geo-Hospitals”a aparıblar, lakin həkimin sözlərinə görə, tibb müəssisəsinə daxil olarkən heç bir həyati əlamət müşahidə edilməyib.
"Qəza yerindən pasiyent gətirilib və onda həyati əlamətlər görünmürdü. Ölmüşdü”, - növbətçi həkim söyləyib.
Hadisə yerinə patrul polisi və təcili yardım briqadaları səfərbər edilib. Ərazidə Rustavi Bələdiyyə Avtonəqliyyat Müəssisəsinin nümayəndələri iştirak edirdilər.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


